9 iyun 2025 at 23:49
Jurnalist kodu: 5564
Xəbər kodu: 85856988
T T
0 Persons
Kəmalvəndi: Qətnamə qəbul olunsa, İran Agentliklə əməkdaşlığa yenidən baxacaq

Tehran – IRNA – İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib ki, əgər İran əleyhinə qətnamə qəbul olunarsa, ölkəsi həm Avropanın üç dövləti, həm də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) qarşısında münasibətini dəyişəcək. O vurğulayıb ki, İran indiyə qədər Agentliklə öz öhdəliklərindən daha artıq əməkdaşlıq edib və bu əməkdaşlıq dəyərləndirilməzsə, normal səviyyəyə endiriləcək.

Kəmalvəndi iyun ayının 8-də “radio və Televiziya” şirkəti ilə müsahibəsində deyib: “Əgər keçmiş təcrübələrə baxsaq, İran mütləq uyğun bir reaksiya verəcək. Bu reaksiya onların mövqeyindən asılı olacaq. Ancaq bu dəfə yalnız Avropanın üç ölkəsinə qarşı deyil, AEBA-ya qarşı da münasibət sərgiləyəcəyik. Çünki Tehran AEBA ilə maksimum əməkdaşlıq edib və bu əməkdaşlığın dəyəri bilinməlidir.”

O əlavə edib: “Əgər biz əməkdaşlığımızı azaltmaq qərarı versəydik, Agentlik öz funksiyalarını yerinə yetirə bilməzdi. Biz öhdəliklərimizi aşaraq əməkdaşlıq etdik və bu əməkdaşlıq qiymətləndirilməzsə, təbii olaraq normal səviyyəyə qaytarılacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .